"Frayburq" Bakıya yola düşdü
Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda “Qarabağ”la qarşılaşacaq Almaniyanın “Frayburq” komandası Azərbaycana yola düşüb.
Sportline.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin sosial şəbəkə hesablarında məlumat verilib.
Almaniya klubunun üzvləri bu gün axşam saatlarında oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq.
Sabah keçiriləcək “Qarabağ” – “Frayburq” görüşü saat 21:45-də başlanacaq.