Frimponq "Bayer"dən ayrılır?
"Bayer"in 24 yaşlı müdafiəçisi Jeremi Frimponq karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Real Madrid" və "Barselona" Frimponqla yaxından maraqlanır.
Niderlandlı futbolçunun transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Frimponqun "Bayer"lə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
O bu mövsüm çıxış etdiyi 39 matçda 3 qol və 10 məhsuldar ötürmə müəllifi olub.