Frimponqun taleyi sual altındadır
"Bayer"in niderlandlı futbolçusu Jeremi Frimponqun mövsümün sonunda klubdan ayrılma ehtimalı yüksəkdir.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti", "Mançester Yunayted", "Barselona" və "Real Madrid" Frimponqla yaxından maraqlanır.
24 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Frimponqun transfer qiyməti 50 milyon avro olaraq qiymətləndirilir.
O bu mövsüm çıxış etdiyi 39 rəsmi matçda 3 qol və 10 məhsuldar ötürmə müəllifi olub.