"Fulhem" "Arsenal"a təklif göndərib
"Fulhem" "Arsenal"ın futbolçusu Oleksander Zinçenko üçün rəsmi təklif göndərib.
Sportline.az "Give Me Sport" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" Zinçenko üçün 20 milyon avro tələb edir.
28 yaşlı sol cinah müdafiəçisinin klubla sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Zinçenko ötən mövsümü 23 matçda 1 qol 1 asistlə tamamlayıb.