"Fulhem" Danimarka millisinin oyunçusu ilə maraqlanır

"Fulhem" "Kristal Pelas" və Danimarka millisinin müdafiçisi Yoakim Andersenin xidmətində maraqlıdır.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, London klubu 28 yaşlı futbolçu üçün "Kristal Pelas"a 30 milyon avroluq təklif göndərib. Qarşı tərəf isə Anderseni 40 milyon avrodan aşağı məbləğə buraxmayacağını bildirib.

Andersen 2021-ci ildə "Lion"dan "Kristal Pelas"a keçib. Onun paytaxt klubu ilə 2026-cı ilə qədər müqaviləsi var. Ötən mövsüm bütün turnirlər daxil olmaqla 40 oyuna çıxan müdafiəçii 2 qol və 3 asistlik performans göstərib. 

Qeyd edək ki, Andersenin hazırki transfer dəyəri 35 milyon avrodur.