"Fulhem"in futbolçusu İngiltərə nəhənglərinin transfer siyahısında yer alır

"Fulhem"in 16 yaşlı futbolçusu Set Ridqeon İngiltərə nəhənglərinin transfer hədəfinə çevrilib.

Sportline.az "Standard" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted", "Liverpul" və "Çelsi" Ridqeonu transfer etmək istəyən klubların siyahısında yer alır.

Sözü gedən futbolçu İngiltərə (U17) millsinin kapitanıdır. 

Qeyd edək ki, Ridqeon ötən mövsüm meydan çıxdığı 27 matçda 10 qol 6 asistlə yadda qalıb.