Futbol hakimlərimiz İslamiadanın oyunlarında
IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan hakimləri də iş başında olacaqlar. Sportline.az xəbər verir ki, bunu “Report”a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
O, bildirib ki, bununla bağlı İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən (AİHOƏK) AFFA-ya müraciət olunub. X.Məmmədovun sözlərin görə, briqadaların tərkibi hələlik müəyyənləşməyib: “Bununla bağlı bizə dünən müraciət olunub. İslamiadada futbol matçlarını idarə etmək üçün 2 referi və 6 köməkçi-hakim ayıracağıq. Lakin birqadaların tərkibini hələ müəyyənləşdirməmişik”. Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 – 22 mayda Bakıda keçiriləcək.