"Futbolçularımızın çıxışından razı qaldım" - Lars Lagerberq

"Bugünkü oyunda əsas məsələ qələbə qazanmaq idi. Buna da nail olduq". SportLine.az xəbər verir ki, bu sözləri Norveç millisinin baş məşqçisi Lars Lagerberq Azərbaycanla görüşdən sonra deyib.

Oyundan yaxşı keçdiyini bildirən mütəxəssis, "Futbolçularımın çıxışından və oyuna yanaşmalarından xeyli razı qaldım. Bu 3 xal bizim üçün böyük əhəmiyyət kəsb edirdi. Biz neçə dəfə özümüz rəqibə qol vurmaq şansı yaratdıq. Qarşıdakı görüşlərdə belə səhvləri təkrarlamaq olmaz. Bununla belə, oyundan razıyam. Məqsədimizə nail olduq. Norveç millisiinin baş məşqçisi kimi fəaliyyətimə qiymət verməyə tələsmirəm. Çünki cəmi 4 oyun keçirmişəm. Ümidvaram ki, Norveçdəki işim İslandiyadakı kimi uğurlu olacaq", - deyə söyləyib.

Xatırladaq ki, Norveç - Azərbaycan görüşü Skandinaviya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.