Futbolçumuz məğlubiyyətə üzüldü

Türkiyə 1-ci liqasında 16-cı turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi “Boluspor”  bu turda doğma meydanda “İstanbulspor”la qarşılaşıb. Matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı oyunun iştirak ərizəsinə də daxil edilməyib.
 
16 turdan sonra 13 xalı olan “Boluspor” 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.