Futbolçumuz qələbədə pay sahibi oldu
Azərbaycanlı futbolçu Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" Almaniya 3-cü liqasında 27-ci tur oyununa çıxıb.
Sportline.az xəbər verir ki, Aue təmsilçisi səfərdə "Svikkau" ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Nazarov start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. O, 62-ci dəqiqədə komandasının ilk qolunun müəllifi olub.
"Svikkau" - "Erzgebirge" - 0:2
Qollar: Nazarov, 62, Taşçı, 90+5
Qeyd edək ki, "Erzgebirge" hazırda 36 xalla 11-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 59 xalla "Elversberq" başçılıq edir.