Futbolçumuz "Şalke"də növbəti qolunu vurdu
Almaniyanın Qərb Regional Liqasında 5-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke 04”ün ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv öz meydanında “Vegberq Beek” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Rüfət start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu da 68-ci dəqiqədə məhz Dadaşov vurub.
“Şalke” bu nəticədən sonra 7 xalla 20 kollektiv arasında 11-ci pillədə mövqe tutub.