Fyuri Usikə qarşı saymazlıq etdi
Britaniyalı ağır çəkili boksçu Tayson Fyuri titulların birləşdirilməsi ideyasına qarşıdır.
Sportline.az xəbər verir ki, o, "talkSPORT"a açıqlamasında fikrini belə izah edib: "Usiklə görüşmək mənim üçün maraqsızdır. O, balaca ukraynalı boksçudur. Ümumiyyətlə titulların birləşdirilməsinin əleyhinəyəm. Bunun heç bir əhəmiyyəti yoxdur. Məni yalnız böyük qonorarlar maraqlandırır".
Qeyd edək ki, Fyurinin bəyənmədiyi Usik son döyüşündə Daniel Dübuaya texniki nokautla qalib gəlmişdi.