Gənc cüdoçuların Avropa kubokunda 8 medal

Fransanın Nanterre şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kubokuna yekun vurulub.

Sportline.az xəbər verir ki, Azərbaycan seçməsi turnirdə baş məşqçi Elxan Məmmədovun rəhbərliyi altında 16 cüdoçuyla təmsil olunub.

Komandamız yekunda 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.

15 ölkədən 310 cüdoçunun qatıldığı turnirdən millimiz oğlanlar arasında ümumi sıralamada ev sahibi Fransadan sonra 2-ci yerdə qərarlaşıb.

-81 kq

İsmayıl Zamanov (qızıl)

 

-90 kq

Vüqar Talıbov (qızıl)

 

-60 kq

Turan Bayramov (gümüş)

 

-73 kq

Vüsal Qələndərzadə (gümüş)

 

-66 kq

Qasım Vəlizadə (bürünc)

 

-81 kq

Omər Rəcəbli (bürünc)

 

-100 kq

Ruslan Nəsirli (bürünc)

 

+100 kq

Kənan Nəsibov (bürünc)