Gənc futbolçulardan ibarət ilin rəmzi komandası açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin gənc futbolçulardan ibarət simvolik komandasını açıqlayıb.

Sportline.az qurumun saytına istinadən xəbər verir ki, 20 yaşadək oyunçuların il ərzindəki çıxışlarına əsasən, 3-4-3 sisteminə uyğun rəmzi komanda qurulub.

Qapıçı: Qavin Bazunu (İrlandiya/“Sauthempton”)

Müdafiəçilər: Pyero İnkape (Ekvador/“Bayer”), Yoşko Qvardiol (Xorvatiya/“Leypziq”), Nuno Mendeş (Portuqaliya/PSJ)

Yarımmüdafiəçilər: Qavi, Pedri (hər ikisi İspaniya/“Barselona”), Cüd Bellingem (İngiltərə/“Borussiya” Dortmund), Eduardo Kamavinqa (Fransa/“Real”)

Hücumçular: Camal Musiala (Almaniya/“Bavariya”), Kərim Adeyemi (Almaniya/“Borussiya” Dortmund), Ansu Fati (İspaniya/“Barselona”).

Banner