Georgi Hacidən etiraf: "Qalatasaray"a buna görə gəlmişdim"...

"Qalatasaray"ın əfsanəvi futbolçularından Georgi Haci etirafı ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, "BBC"yə danışan veteran futbolçu "Qalatasaray"a transfer olmasının səbəbini açıqlayıb:

"Eşitdim ki, Avropada böyük uğurlar qazanmaq üçün komanda formalaşdırırlar. Söhbət "Qalatasaray"dan gedir. Mənə təklif gələndə dərhal razılaşdım. Çünki, mən özüm də Avropada uğurlar qazanmaq istəyirdim. Həm də məmləkətim Rumıniya Türkiyəyə çox yaxındır. Ona görə də qərarım qəti oldu".