Gimnastımız finala yüksəldi

Bakıda keçirilən gimnastika üzrə 28-ci Dünya Yaş Qrupları Yarışları davam edir. 

Sportline.az xəbər verir ki, bu gün Azərbaycanın batut gimnastı Maqsud Mahsudov finala yüksəlib. 13-14 yaş kateqoriyasında mübarizə aparan Mahsudov 99,880 xalla təsnifat mərhələsini ikinci pillədə başa vurub. Beləliklə, o, həlledici mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, finalda Mahsudovla yanaşı, yaponiyalı Haruto Murakami, britaniyalı Maks Middelton, Rusiya gimnastları Vitaliya Çivaqa, İldan Maxiyanov, Lev Busarev, belaruslu Maksim Asipenka və Fransa idmançısı Aleksis Requlus mübarizə aparacaqlar.