Gimnastımız Fransada iki medal qazanıb

Bədii gimnastika üzrə seçmə komandamızın üzvü Arzu Cəlilova Fransanın Korbey-Eson şəhərində keçirilən beynəlxalq turnirdə iki medal qazanıb.

Sportline.az xəbər verir ki, A.Cəlilova yeniyemələrin yarışında həm lent, həm də topuzla hərəkətlərdə fəxri kürsünün ikinci pilləsinə qalxıb. 

Qeyd edək ki, Azərbaycanın digər gimnastlarından Nərmin Səmədova 5-ci, Veronika Qudis 6-cı, Darya Sorokina isə 7-ci yeri tutub.