Gimnastımız Portuqaliyadakı dünya kubokunda qızıl medal qazandı

Portuqaliyanın Koimbra şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya kuboku yekunlaşıb.

Sportline.az xəbər verir ki, komandamızın üzvü, tamblinqçi Mixail Malkin qızıl medal qazanıb.

Eyni şəhərdə batut gimnastikası və tamblinq üzrə keçirilən “Coimbra Gym Fest 2022” beynəlxalq turnirində isə komandamızın üzvləri Maqsud Mahsudov (batut), Aleksey Karataşov (tamblinq) qızıl, Bilal Qurbanov (tamblinq) isə gümüş medal qazanıblar.