Gimnastlarımız Avropa çempionatına yollandı

Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının beş üzvü Avropa çempionatında iştirak etmək üçün İsrailin paytaxtı Tel-Əvivə gedib.

Sportline.az xəbər verir ki, Zöhrə Ağamirova və Arzu Cəlilova böyüklərin yarışında qüvvəsini sınayacaq. Gənclərdən isə Alina Məmmədova, Kamilla Qafarova və Mədinə Dəmirova məharətlərini nümayiş etdirəcək.

Qitə çempionatında həmçinin qrup hərəkətləri üzrə komandamız mübarizə aparacaq. Yığma iyunun 16-da İsrailə yola düşəcək.