Gimnastlarımızdan 6 medal
Azərbaycan gimnastları Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 11-ci Vavel turnirində altı medal qazanıblar.
Sportline.az xəbər verir ki, milli komandanın heyətində tamblinq növü üzrə Adil Hacızadə və Aleksey Karataşov qızıl, Mixail Malkin və Xətai Hümbətov gümüş, Bilal Qurbanov isə bürünc mükafata yiyələnib. Batut gimnastikasında isə Fərhad Vəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.