"Giro d'Italia" velomarafonunda daha bir mərhələ arxada qalıb
“Giro d’Italia” veloyürüşü davam edir.
Sportline.az xəbər verir ki, turnirdə artıq 5-ci mərhələ arxada qalıb.
Veloyürüşün 5-cü mərhələsində iştirakçılar 140 km məsafə qət ediblər. Maraqlı idman mübarizəsində keçən yarışda almaniyalı Paskal Akkerman fərqlənib. O, 140 km məsafəni 3 saat 15 dəqiqə 447 saniyəyə qət edərək finiş xəttini 1-ci keçib. Bu, Akkermanın hazırkı yarışda 2-ci qələbəsidir. Xatırladaq ki, almaniyalı velosipedçi 2-ci mərhələnin də qalibi olmuşdu.
Kolumbiyalı Fernando Qavriya 5-ci mərhələni 2-ci yerdə başa vurub. İlk 3-lüyü fransalı Arno Demar tamamlayıb. Avstraliyalı Kaleb Evan 4-cü yerlə kifayətlənib. İtaliyalılardan Elia Viviani 19, Dieqo Uillisi 35, Vinçentso Nibali isə 49-cu olub. Sloveniyalı Primoj Roqliç finiş xəttini 61-ci keçib.