"Giro d'Italia" veloyürüşündə 19-cu mərhələ yekunlaşdı
“Giro d’Italia” veloyürüşündə mübarizə sona yaxınlaşır.
Sportline.az xəbər verir ki, “Giro d’Italia” veloyürüşünün 19-cu mərhələsində iştirakçılar 151 km məsafəni qət ediblər.
Maraqlı mübarizə şəraitində keçən yarışın qalibi kolumbiyalı idmançı – Cohan Esteban Çaves olub. O, finiş xəttinə 4 saat 1 dəqiqə 31 saniyəyə çatıb. Bu, italiyalı velosipedçinin “Giro d’Italia”nın cari mövsümündə ilk qələbəsidir. İkinci pillədə yerli imdançı qərarlaşıb. İtaliyalı Andrea Vendrame liderdən cəmi 10 saniyə geri qalıb. İlk üçlüyü isə Portuqaliya velosipedçisi Amaro Antunes tamamlayıb.
19 turdan sonra ümumi sıralamaya ekvadorlu Riçard Karapas başçılıq edir. Onun ən yaxın izləyicisi yerli idmançı – Vinçentso Nibalidir. Sloveniyalı Primoj Roqliç isə üçüncü yerdədir.
Qeyd edək ki, “Giro d’Italia” veloyürüşü 21 mərhələdən ibarətdir. Yarışlara iyunun 2-də yekun vurulacaq.