Türkiyə 3-cü liqa klubunun matçını 40000 azarkeş izləyib
TFF 3-cü liqa birinci qrupda keçirilən "Bursaspor" -"Tokat Plevnospor" oyununda 3-cü liqanın azarkeş rekordu qeydə alınıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Bursa şəhər stadionunda keçirilən görüşü 40000 azarkeş izləyib.
Görüş meydan sahiblərinin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, "Bursaspor" 2009-2010 mövsümündə Türkiyə Super Liqasının qalibi olub.