Ənənəvi London veloyürüşü keçirilib
Böyük Britaniyada ənənəvi London veloyürüşü keçirilib.
Sportline.az xəbər verir ki, 2011-ci ildən təşkil olunan London veloyürüşündə iştirakçılar bu dəfə 169 km məsafəni qət ediblər. İtaliyalı velosipedçi Elia Viviani finiş xəttini 1-ci keçib. O, 3 saat 46 dəqiqə 15 saniyə nəticə göstərib.
İrlandiyalı Sem Bennet finiş xəttinə liderlə eyni vaxtda çatsa da, fotofinişə əsasən ikinci yeri tutub. İlk üçlüyü danimarkalı Maykl Morkov tamamlayıb. 4-cü və 5-ci pillərdə isə, müvqafiq olaraq, belçikalı Yasper Stöyven və norveç velosipedçisi Amund Yansen qərarlaşıb.