İsveçrə veloyürüşündə 3-cü mərhələ yekunlaşdı

İsveçrə veloyürüşünün üçüncü mərhələsində iştirakçılar 162.3 km məsafəni qət ediblər.

Sportline.az xəbər verir ki, yarış gərgin mübarizə şəraitində keçib. Slovakiyalı velosipedçi Peter Saqan finiş xəttini bütün rəqiblərindən öncə keçib. O, 3 saat 39 dəqiqə 25 saniyə nəticə göstərib. İkinci pillədə italiyalı atlet Elia Viviani qərarlaşıb. İlk üçlüyü isə Almaniya idmançısı Con Deqenkolb tamamlayıb.

Ümumi sıralamanın lideri Peter Saqandır. İkinci və üçüncü yerlərdə isə, müvafiq olaraq, danimarkalı Kasper Asqrin və avstraliyalı Roan Dennis qərarlaşıb.

Qeyd edək ki, İsveçrə veloyürüşü 9 mərhələdən ibarətdir. İştirakçılar bu müddət ərzində 1127.7 km məsafəni qət edəcəklər. Yarışa iyunun 23-də yekun vurulacaq.