Gökhan Törenin yeni komandası
Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçularla gücləndirib.
Sportline.az xəbər verir ki, bir neçə gün öncə “Adana Dəmirspor”dan ayrılan yarımmüdafiəçi Gökhan Töre Superliqa klubu ilə anlaşıb.
31 yaşlı futbolçu Ankara təmsilçisi ilə bu mövsümün sonunadək müqavilə imzalayıb.
Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü "Hamburq", "Rubin", "Vest Hem" və "Beşiktaş"da da oynayıb.