Güləşçilərimiz beynəlxalq yarışa qatılırlar

Güləşçilərimiz Kiyevdə Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirə turnirinə qatılacaqlar.

Sportline.az xəbər verir ki, sayca 24-cü yarış 26 - 28 fevral tarixlərində təşkil olunacaq.

Memorialda güləşin hər üç növündə qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, 2020-ci ildəki yarış pandemiyaya görə baş tutmayıb.

2019-cu ildə isə Azərbaycanı yunan-Roma güləşçiləri təmsil edib. 2020-ci ildə İtaliyanın paytaxtı Romada Avropa çempionu olan 77 kq çəki dərəcəsindəki Sənan Süleymanov həmin turnirdə də qızıl medal qazanıb.