Güləşçilərimiz bu il Avropa və dünya çempionatlarında 9 medal qazanıblar
Azərbaycanın güləş üzrə qadınlardan ibarət U-17 və U-20 milliləri 2024-cü ildə Avropa və dünya çempionatlarında 9 medal qazanıb.
Güləş Federasiyasının mətbuat xidmətindən Sportline.az-a verilən məlumata görə, yeniyetmə və gənc qızlar bu yarışlarda ümumilikdə 1 qızıl, 1 gümüş və 7 bürünc medal əldə ediblər.
Ötən il keçirilmiş analoji yarışlarda bu növdə cəmi 5 (2 gümüş, 3 bürünc) medal qazanılmışdı.