Güləşçilərimiz ikinci günü medalsız başa vurdu
Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. SportLine.az xəbər verir ki, yarışın ikinci günündə daha dörd güləşçimiz mübarizə aparıb.
66 kq çəki dərəcəsində Elman Muxtarov 1/4 finalda uduzaraq təsəlliverici görüşlərə qatılıb. Burada isə rumıniyalı Mihai Radu Muhitə məğlub olaraq mübarizəni dayandırıb.
85 kq-da dərəcəsində yarışan İslam Abbasov da 1/4 finalda uduzub.
75 kq-da Şəmistan Quluzadə ilk görüşündə Polşa təmsilçisi David Piotr Klimeklə bacarmayıb. 130 kq çəki dərəcəsindəki güləşçimiz Oyan Nəzəriani də mübarizəni startda dayandırıb.