“Güləşçilərimizin nailiyyətlərindən razıyam”

"İdmançılarımızın nailiyyətlərindən razıyam".

Sportline.az xəbər verir ki, bunu U15 Avropa çempionatında 2 qızıl, 4 gümüş, 1 bürünc medal qazanan və komanda hesabında 1-ci yeri tutan sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi Namiq Quliyev jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, milli İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatında bu günə qədər olan ən böyük nəticəsini əldə edib: “İki qızıl, dörd gümüş və bir bürünc medal qazandıq. Bu günə qədər olan nailiyyətlərimizin ən üstünüdür. İdmançılarımızın nailiyyətlərindən razıyam”.

“Orada yaranan problemləri də federasiyamız bir anda aradan qaldırdı. Yəni orada heç bir çətinlik çəkmədik. Bunun sonu olaraq müsbət nəticələr əldə etdik.

Qələbələrin əsas səbəbi federasiyanın bizə yüksək diqqət və qayğısıdır. O, qeyd edib ki, bu yaş kateqoriyası üzrə idmançıları hazırlamaqda çətinlik yoxdur. Bu nailiyyətlər məşqçilər Elşad Allahverdiyevlə Xəqan Süleymanovun və Emin Əzizovun birgə zəhmətinin nəticəsidir”, - Namiq Quliyev deyib.