Haaland Aqueronun bu rekordunu qırdı
"Mançester Siti"nin futbolçusu Erlinq Haaland komandanın sabiq futbolçusu Serxio Aqueroya məxsus rekordu yeniləyib.
Sportline.az "Opta"ya istinadən xəbər verir ki, norveçli hücumçu buna hazırda Premyer Liqanın 21-ci turunda "Vulverhempton"la keçirilən oyunda nail olub.
Matçda het-trik edən forvard komandanın ev oyunlarını keçirdiyi "Etihad" stadionunda bu mövsüm vurduğu qollarının sayını (11 oyuna) 19-a çatdırıb. Aquero isə 2011-2012 mövsümündə ev oyunlarında 16 qol vurmuşdu.
Qeyd edək ki, Haaland bu mövsüm Premyer Liqada ümumilikdə 19 oyuna 25 qol vurub.