Haalanddan Messi etirafı
Erlinq Haaland Dünya çempionatının bombardirlik uğrunda gedən yarışı haqqında fikirlərini bildirib.
Sportline.az ESPN nəşrinə istinadən xəbər verir ki, keçirilən mətbuat konfransında jurnalistlər Erlinq Haalanda belə sual ünvanlayıblar:
“Bu Dünya kubokunda 5 qolla "Qızıl Buts"u qazana biləcəyini düşünürsən?”
Norveçli hücumçunun cavabı isə gülüş doğurub:
Erlinq Haaland: ”Lionel Messi turnirdə olduğu müddətdə? Xeyr.”
Haalandın bu cavabı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və Messi ilə “Qızıl Buts” uğrunda rəqabətə zarafatla yanaşdığı kimi qiymətləndirilir.