Haalanddan rekord
Erlinq Haaland İngiltərənin "Mançester Siti" klubunda 94 illik qol rekordunu qırıb.
Sportline.az xəbər verir ki, 23 yaşlı hücumçu buna Almaniya "Leyptsiq"inə 7:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında penta-trik etməklə nail olub.
Qollarının sayını 39-a çatdıran norveçli forvard "şəhərlilər"in heyətində bir mövsümdə ən çox fərqlənən futbolçu adına sahib çıxıb.
Haaland 1928/1929 mövsümündə 38 dəfə rəqib qapılarına yol tapan Tommi Consonu geridə qoyub.
Qeyd edək ki, Erlinq Haaland mövsümün əvvəlindən "Mançester Siti"də çıxış edir.