Habib Nurmaqamedov ÇL oyununu izləyib
Əfsanəvi UFC döyüşçüsü Həbib Nurmaqamedov sosyal medya hesabında Alianz Arenadan olan fotosunu paylaşıb.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, keçmiş UFC çempionu Həbib Nurmaqamedov Uefa Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilən "Bavariya"-"Real Madrid" oyununu canlı olaraq stadiondan izləyib.
35 yaşlı idmançı oyunlar bağlı "Necə tarixi bir matç oldu!" ifadələrini işlədib.
Xatırladaq ki, Nurmaqamedov dəfələrlə Kral klubunun azarkeşi olduğunu bildirib.
Qeyd edək ki, tərəflər arasında baş tutan ilk görüş 2-2 hesablı bərabərliklə yekunlaşıb.