Hacı Əliyev zirvədə
Dünya güləş birliyi sərbəst güləşçilərin yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, siyahının yuxarı pillələrində 6 güləşçimiz yer alıb.
Ən yaxşı göstəricidünya və Avropa çempionu Hacı Əliyevin aktivindədir. 61 kq çəki dərəcəsində yarışan idmançımız siyahının zirvəsindədir.
İlk onluqda qərarlaşan digər pəhləvanlarımızdan Aleksandr Qostiyev (86 kq) 3-cü , Olimpiya çempionu Toğrul Əsgərov (65kq) və Cəmaləddin Məhəmmədov (125 kq) 5-ci, Xetaq Qazyumov (97 kq) 6-cı , Cəbrayıl Həsənov (74 kq) isə 9-cudur.