Hacı Hacıyevdən acı etiraf

Rusiyanın məşhur futbolçusu Artyom Zyubanın Mahaçqala "Dinamo"suna keçidi ilə bağlı xəbərlər özünü doğrultmayıb.

Sportline.az xəbər verir ki, klubun prezidenti Hacı Hacıyev bu xəbəri təkzib edib.

O, sport24.ru-ya açıqlamasında "Zyubanın komandamıza keçidinə şad olardıq. Təəssüf ki, hazırda bu transfer üçün imkanımız yoxdur", - deyib.

Qeyd edək ki, hazırda azad agent statusu daşıyan təcrübəli futbolçunun son klubu Moskvanın "Lokomotiv" komandası olub.