Hakan: "Bu nailiyyətlə fəxr edirik"
"İnter"in futbolçusu Hakan Çalhanoğlu Çempionlar Liqasının 1/8 final mərhələsinin "Portu" ilə cavab oyunundan (0:0) sonra fikirlərini bildirib.
Sportline.az xəbər verir ki, görüşün ən yaxşı futbolçusu seçilən türkiyəli yarımmüdafiəçi 1/4 finala vəsiqə əldə etmələri ilə bağlı bunları deyib:
"Emosiyalarımız yüksəkdir. Uzun müddətdən sonra 1/4 finala yüksəldik. Bu nailiyyətlə fəxr edirik.
Səhvlərimiz olsa da, bunun öhdəsindən gəldik. Asan olmadı. Komandam yaxşı iş gördü. Hər kəsi təbrik edirəm".