Hakan Çalhanoğlu "Bavariya" yolunda

İtaliya "İnter"inin aparıcı üzvlərində Hakan Çalhanoğlu "Bavariya"ya keçə bilər.

Sportline.az Trtspor.net-ə istinadla xəbər verir ki, Münxen klubunun rəhbərliyi 30 yaşlı oyunçunun transferi üçün hərəkətə keçib.

Hakan ötən mövsüm Seria A çempionluğu yaşadığı "İnter"də 32 oyuna 13 qol və 3 asistlik performans göstərib.

Qeyd edək ki, Türkiyə millisinin kapitanı daha əvvəl Almaniyada "Hamburq" və "Bayer 04" klublarında çıxış edib.