Hakan Çalhanoğlu fikrini dəyişib

"İnter"in türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerası ilə bağlı qərar verib.

Sportline.az xəbər verir ki, Hakan Türkiyəyə qayıtmaq fikrindən daşınıb.

Bu haqda "Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, 31 yaşlı futbolçunu "Fənərbağça" və "Qalatasaray" klubları transfer etmək istəyir.