Hakim Ziyeş əsas heyətə qayıda bilər

“Qalatasaray”ın 31 yaşlı mərakeşli futbolçusu H.Ziyeş yenidən əsas heyətə qayıda bilər.

Sportline.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Barış Alper Yılmazın zədələnməsindən sonra baş məşqçi Okan Buruk mərakeşli futbolçuya güvənəcəyini açıqlayıb.

Hakim Ziyeş “Antalyaspor”la keçiriləcək Süper Liqa matçında ilk 11-də meydana çıxacağı gözlənilir.

H.Ziyeş bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 6 matçda 2 qolla yadda qalıb.

Qeyd edək ki,  “Antalyaspor” – “Qalatasaray” matçı 19 oktyabr saat 20:00-da başlayacaq.