Hakim Ziyeş "Qalatasaray"dakı gələcəyinə özü qərar verəcək

Hakim Ziyeş "Qalatasaray"dakı gələcəyinə özü qərar verəcək.

Sportline.az xəbər verir ki, mərakeşli futbolçu mövsüm sonunda "Qalatasaray"la bağlı yekun qərarını açıqlayacaq.

"Qalatasaray" rəsmiləri futbolçunun son zamanlardakı performansından razı qaldıqları üçün Ziyeşin qalmasını istədiklərini deyiblər.

Qeyd edək ki, Hakim Ziyeşin meneceri komanda rəsmiləri ilə danışıqlara başlayıb.