Hakimi təhqir edən futbolçu cəzalandırıldı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SportLine.az xəbər verir ki, yığıncaqda I divizionda baş verənlərlə bağlı qərarlar çıxarılıb.

Ən ağır cəzaya “Göyəzən”in futbolçusu Asim Babazadə məruz qalıb. VI turun “Şərurspor”la səfər matçında hakimi təhqir edib, meydandan qovulan futbolçu 4 oyunluq cəzalanıb. O, komandasını 320 manat ziyana salıb.

“Şəmkir”lə qarşılaşmada qırmızı vərəqə alıb, “Bakılı”nı azlıqda qoyan Vüsal Nağıyev isə 1 oyun cəzalanıb. Onun klubu 20 manat ödəyəcək. “Turan-Tovuz” – “Səbail” matçında qonaqların 5, “Şahdağ” – “Qaradağ Lökbatan” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub.

Banner