Haland İspaniya nəhənginin transfer gündəmində

Madrid "Real"ı mövsümün sonunda komandadan ayrılmaq istəyən Kərim Benzamanın Erlinq Halandla əvəzləmək niyyətindədir.

Sportline.az Goal.com-a istinadən xəbər verir ki, madridlilər norveçli futbolçunun xidmətində maraqlı olduqlarını bildiriblər.

"Mançester Siti"də uğurlu mövsüm keçirməsinə baxmayaraq, Pep Qvardiolanın sisteminə tam uyğun gəlmədiyi bildirilən hücumçunun gələn mövsüm Madridə yollanacağı ehtimalı yüksək qiymətləndirilir.