"Hall Siti"də ayın ən yaxşı futbolçusu seçilib

Çempionşip komandalarından "Hall Siti"də aprel ayının ən yaxşı futbolçusu açıqlanıb.

Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, bu mükafata klubun türkiyəli futbolçusu Abdülkadir Ömür layiq görülüb.

Abdülkadir apreldə çıxdığı 7 oyunda yalnız 1 asistlə yadda qalsa da komandaya böyük faydası olub.

24 yaşlı futbolçu anketdə verilən səslərin 42%-ni toplayıb.

Qeyd edək ki, Abdülkadir ardıcıl ikinci dəfə bu uğura nail olur.