Hansi Flik rəhbərliktən 2 futbolçunun transferini istəyib

"Barselona"nın baş məşqçisi Hansi Flik rəhbərliktən 2 futbolçunun transferini istəyib.

Sportline.az "Diario As" nəşrinə istinadən xəbər verir ki, söhbət "Bayer"in sol cinah müdafiəçisi Alexandro Qrimaldo və "İnter"in futbolçusu Denzel Dumfirisidən gedir.

Leverkuzen klubu futbolçusu üçün ən azı 35 milyon avro tələb edir. Kataloniya klubu oyunçunun meneceri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Dumfirisin transfer qiyməti isə, 25 milyon avrodur.