"Hatayspor" mövsümün qalan hissəsini bu məşqçi ilə tamamlayacaq

Volkan Demirellə yollarını ayıran "Hatayspor"da yeni baş məşqçi təyin olunub.

Sportline.az xəbər verir ki, mövsümün qalan 4 həftəsində "Hatayspor"u Özhan Pulat meydana çıxaracaq.

39 yaşlı mütəxəssislə razılıq 2023/2024 mövsümünün sonuna kimi əldə edilib.

Qeyd edək ki, "Hatayspor" 34 həftədən sonra 33 xalla 18-ci pillədə qərarlaşır. 20 komandalı Türkiyə Super Liqasında son 4 pillənin sahibləri elitanı tərk edəcəklər.