Hemilton 50 milyon dollar qazanacaq
"Racing Elite" nəşri, BBC radiosu və "Forbes" nəşri “Formula 1" pilotlarının 2020-ci il üçün qazancları ilə bağlı araşdırma aparıb.
Sportline.az xəbər verir ki, bu il ən yüksək ödənişli sürücü hazırkı dünya çempionu, "Mercedes" pilotu Lüis Hemilton olacaq. Onun təqribi gəlirinin 50 milyon dollar təşkil edəcəyi gözlənilir.
İkinci yerdə "Ferrari"dən Sebastyan Fettel, üçüncü pillədə isə "Renault"dan Daniel Rikkardo qərarlaşıb.
“Formula 1" pilotlarının 2020-ci il üçün gəliri (TOP-10)
1. Lüis Hemilton ("Mercedes") – 50 milyon dollar
2. Sebastyan Fettel ("Ferrari") – 40 milyon dollar
3. Daniel Rikkardo ("Renault") – 18 milyon dollar
4. Maks Ferstappen ("Red Bull") – 12 milyon dollar
5. Şarl Lekler ("Ferrari") – 9 milyon dollar
6. Valtteri Bottas ("Mercedes") - 7,5 milyon dollar
7. Kimi Raykkonen ("Alfa Romeo") – 4 milyon dollar
8. Karlos Sayns ("McLaren") - 3,5 milyon dollar
9. Serxio Peres ("Racing Point") – 3 milyon dollar
10. Esteban Okon ("Renault") - 1,5 milyon dollar