Həmyerlimiz Rövşən Hüseynliyə Rusiya çempionatında oynamağı təklif edib
"Emil Əliyevlə əlaqəmiz var. Onunla ilk dəfə 2016-cı il Avropa çempionatı zamanı tanış olmuşam".
Sportline.az "Report"a istinadən xəbər verir ki, bu fikirləri futzal üzrə Azərbaycan millisinin qaspıçısı Rövşən Hüseynli Rusiya Mini-Futbol Assosiasiyasının prezidenti Emil Əliyevlə münasibətləri barədə danışarkən deyib.
30 yaşlı qolkiper azərbaycanlı funksionerlə Çexiya ilə matçdan öncə tanış olduğunu xatırlayıb: "Oyundan əvvəl futzal koordinatoru Asim Xudiyev yaxınlaşıb, Emil Əliyevi mənə təqdim etdi. Açığı, bunadək onu tanımırdım. Salamlaşdıq, öz məsləhətini, töhfələrini verdi. Hətta İtaliya ilə görüşdə Avropa rekordunu qırdığım üçün məni təbrik etdi. Rusiya ilə oyundan sonra meydanda qarşılaşdıq, onda da diqqət göstərdi".
Hüseynlinin sözlərinə görə, Əliyev ona Rusiya çempionatında oynamağı təklif edib: "2016-cı ildə Kolumbiyada keçirilmiş dünya çempionatında da qarşılaşdıq. Həmin vaxt qısa da olsa, bu barədə söhbət etdik. Amma həmin vaxt oyun təcrübəsi və başqa amillərə görə təklifi dəyərləndirmədim".