Hər iki seçməmizdən eyni nəticə
Amsterdamda (Hollandiya) və Pautyedə (Fransa) keçirilən 2016 FİBA 3X3 Avropa çempionatının seçmə mərhələsi başa çatıb. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, kişi basketbolçulardan ibarət millimiz 69 xal toplayaraq, 5-ci olub.
Komandamız bu nəticə ilə Türkiyə, İsveçrə və Almaniyanı geridə qoyub.
AÇ-yə vəsiqə isə Serbiya, Hollandiya, Rusiya və Slovakiyanın olub.
Qadınlar millimiz də kişi həmkarları kimi 5-ci yerlə kifayətləniblər. Onların xalı isə 49 olub. Yığmamız Slovakiya, Türkiyə və Latviyanı qabaqlayıb.
AÇ-yə isə Rusiya, İtaliya və İspaniya yollanacaq.