Hikmət Hacıyev: "Komanda hesabında birinci yerə çıxdıq"
"Kikboks üzrə "Mübarizlər" açıq çempionatına yekun vurulub".
Bunu Sportline.az saytına açıqlamasında Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin kikboks komandasının və eləcə də yeniyetmə və gənclərdən ibarət millinin baş məşqçisi, əməkdar məşqçi Hikmət Hacıyev bildirib.
O, komandasının çempionluğuna görə hər bir idmançısı ilə qürur duyduğunu deyib: "DİN-in İdman Cəmiyyəti olaraq yarışa qatıldıq. Çox çətin keçdi. Ümumiyyətlə asan qələbə olmur. Şükürlər olsun ki, idmançılarımız tapşırıqları layiqincə yerinə yetirdilər. Komanda hesabında 1-ci yerə çıxdıq. Komandamla fəxr edirəm".
Qeyd edək ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda 49 klubdan 400-dən çox idmançı bacarığını göstərib.